`Həmsədrlər dialoqun davam etdirilməsinə sadiqdir` - Uorlik


21:00     22 İyul 2016 Ceyms%20Uorlik2.jpg

"Həmsədrlər ən yüksək səviyyədə dialoqun davam etdirilməsinə sadiqdirlər".


Bu sözləri APA-nın sorğusuna cavab olaraq ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə bağlı dəqiq tarix hələlik müəyyənləşdirilməyib: "Həmsədr ölkələr olaraq ABŞ, Fransa və Rusiya ən yüksək səviyyələrdə dialoqun davam etdirilməsinə və qısa zaman ərzində prezidentlər arasında növbəti görüşün təşkili barədə mövqelərinə sadiqdirlər”.

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentləri arasında son görüş iyunun 20-də Sankt-Peterburqda keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 915